Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin xatirəsi yad edilib

Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin xatirəsi yad edilib Onun Azərbaycan kinosunda və təsviri incəsənətində olan xidmətlərindən bəhs olunub
İncəsənət
17 İyun , 2016 15:39
Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin xatirəsi yad edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Professional Kinorejissorlar Gildiyasında xalq rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. 

"Report" xəbər verir ki, Gildiyanın İdarə Heyətinin üzvləri mərhum xalq rəssamının Azərbaycan kinosunda və təsviri incəsənətində olan xidmətlərindən bəhs ediblər.

E.Rzaquliyev 1926-cı ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 1946-cı ildə Ümumdünya Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan - 1953-cü ildən sonra "Azərbaycanfilm" kinostudiyasında çalışıb. E.Rzaquliyev "Sevil", "Arşın mal alan", "Bəxtiyar”, "Bir məhəlləli iki oğlan", “Arşın mal alan", "Telefonçu qız", "Görüş", "Gün keçdi", "Ögey ana", "Onun böyük ürəyi", "Uşaqlığın son gecəsi" və s. olmaqla ümumilikdə 20 filmin quruluşçu rəssamı olub. Eyni zamanda, rəssam "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi" "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və s. əsərlər yaradıb. "Şöhrət" ordeni ilə təltif olunmuş E.Rzaquliyev 2007-ci il sentyabrın 15-də 82 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi