Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib
İncəsənət
- 06 sentyabr, 2015
- 18:46
Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov qəflətən vəfat edib.
"Report"un məlumatına görə, 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.
İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Son xəbərlər
13:37
Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək
Biznes13:32
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu ilk layihələri maliyyələşdirməyə başlayıb
Maliyyə13:31
Prezident: Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasını dəstəkləyən ilk dövlətlərdəndir
Xarici siyasət13:21
Foto
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Xarici siyasət13:07
Foto
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Xarici siyasət13:04
Rusiya ordusu Ukraynaya hücum edib, ölənlər var
Digər ölkələr12:45
KİV: PSJ Valverde üçün "Real"a 100 milyon avro təklif edib
Futbol12:27
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Hadisə12:25
Foto