Azərbaycanın tanınmış aktyoru: "Hələ 15 gün xəstəxanada yatmalıyam"

Azərbaycanın tanınmış aktyoru: "Hələ 15 gün xəstəxanada yatmalıyam" "Vəziyyətim qəfil pisləşmişdi"
İncəsənət
6 Aprel , 2015 12:51
Azərbaycanın tanınmış aktyoru: Hələ 15 gün xəstəxanada yatmalıyam

Bakı. 6 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktyoru Rövşən Kərimduxt bir neçə gündür xəstəxanadadır. Sumqayıt şəhər 1 saylı xəstəxanasında müalicə alan aktyor "Report"a açıqlamasında sağlıq durumunun yaxşı olduğunu deyib.

"Vəziyyətim qəfil pisləşmişdi. Problemim böyrəklərimlə bağlıdır. Böyrəklərimdə kista və daş var. 3 il əvvəl müalicə almışdım. Amma sənətimiz elədir ki, hər zaman hərəkətdəyik. Səhnədə tərləyirik, soyuq olur. Fikir vermirik ki, keçib-gedər, amma sonrakı fəsadları ağır olur. İndi yaxşıyam. Sumqayıt qeydiyyatında olduğum üçün buradakı xəstəxanada müalicə olunuram. Hələ 15 gün xəstəxanada yatmalıyam", - Rövşən Kərimduxt bildirib.

Qeyd edək ki, Rövşən Kərimduxt 5 gün əvvəl vəziyyətinin qəfil pisləşməsi ilə bağlı xəstəxanaya müraciət edib.

Rövşən Kərimduxt 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır.

Son xəbərlər

Orphus sistemi