​Azərbaycanın özəl teatrının yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub - FOTO

​Azərbaycanın özəl teatrının yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub - FOTO Tamaşa təkcə uşaqlar deyil, valideynlər tərəfindən də rəğbətlə qarşılanıb
İncəsənət
31 May , 2016 00:16
​Azərbaycanın özəl teatrının yeni - Tıq-tıq xanım tamaşasının premyerası olub - FOTO

Bakı. 31 may. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Tatrında Azərbaycanın özəl teatrı "Moy teatr"ın ("Mənim teatrım") yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub. “Report”un məlumatına görə, tamaşa şair, yazıçı, dramaturq Abdulla Şaiqin eyniadlı mənzum nağılı əsasında, fərqli biçimdə ərsəyə gəlib.

Tamaşaya teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov quruluş verilib. Gənc aktyorlar - Günay Əhməd, Amid Qasımov, Oqtay Mehdiyev, Vüqar Hacıyev, Ziya Ağa və Elgün Həmidovun oynadığı tamaşada milli və dünya musiqisi nümunələrindən istifadə edilib.

Tamaşa təkcə uşaqlar deyil, valideynlər tərəfindən də rəğbətlə qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi