Azərbaycanın opera solistləri Gürcüstan və Belarusdan gəlmiş aktyorlarla eyni səhnəni bölüşəcək

Azərbaycanın opera solistləri Gürcüstan və Belarusdan gəlmiş aktyorlarla eyni səhnəni bölüşəcək Tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək
İncəsənət
27 Aprel , 2016 13:38
Azərbaycanın opera solistləri Gürcüstan və Belarusdan gəlmiş aktyorlarla eyni səhnəni bölüşəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Mayın 7-də Azərbaycan Opera və Balet Teatrında italyan bəstəkarı C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Tamaşada ilk dəfə olaraq, Aida partiyasını əməkdar artist, Prezident mükafatçısı İlahə Əfəndiyeva ifa edəcək.

Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcək.

Azərbaycan Opera və Balet Teatrının tamaşalarında dəfələrlə çıxış edən, bakılı operasevərlərin ifasını həvəslə dinlədikləri Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili bu dəfə tamaşada Radames partiyasını, onun həmyerlisi – Gürcüstanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sulxan Qvelesiani isə Amonasro rolunu ifa edəcək.

Tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, Dirijorların Beynəlxalq Müsabiqələr laureatı Vyaçeslav Voliç idarə edəcək.

Son xəbərlər

Orphus sistemi