Azərbaycanın görkəmli musiqiçisi Şəkidə ustad dərsləri keçəcək

Azərbaycanın görkəmli musiqiçisi Şəkidə ustad dərsləri keçəcək Toğrul Qəniyev "İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında çıxış edəcək
İncəsənət
30 İyun , 2015 18:13
Azərbaycanın görkəmli musiqiçisi Şəkidə ustad dərsləri keçəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Adana Çukurova Dövlət Simfonik Orkestrinin solisti, musiqiçi Toğrul Qəniyev Şəkidə keçiriləcək "İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Azərbaycana gəlib.

"Report" xəbər verir ki, T.Qəniyev festival çərçivəsində Şəki Musiqi Kollecinin tələbələrinə ustad dərsi keçəcək. Ustad dərsi iyulun 2-də olacaq.

Qeyd edək ki, Toğrul Qəniyev beş yaşından musiqi ilə məşğul olur. Onun ilk müəllimi, atası Azərbaycanın görkəmli violin ifaçısı, professor Sərvər Qəniyev olub. Musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. 14 yaşında Zaqafqaziya Beynəlxalq musiqi müsabiqəsinin qalibi olan T.Qəniyev 1993-cü ildən Türkiyənin Bilkənd Simfonik Orkestrinin aparıcı solisti və konsertmeysteridir. Eyni zamanda, Bilkənd Universitetinin musiqi fakültəsində səhnə sənəti və simli alətlər kafedrasının müəllimidir. 

Son xəbərlər

Orphus sistemi