Azərbaycanın əməkdar artisti vəfat edib

Azərbaycanın əməkdar artisti vəfat edib Gülnar Salmanova uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi
İncəsənət
24 Oktyabr , 2015 15:02
Azərbaycanın əməkdar artisti vəfat edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə teleaparıcı İradə İsaq özünün “facebook” səhifəsində məlumat verib.

Qeyd edək ki, Gülnar Salmanova uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkib və dializ qəbul edib.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Həmin ildən dünyasını dəyişənə qədər Musiqili Komediya Teatrının əməkdaşı olub. 

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

G.Salmanova 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 6 may 2015-ci ildə isə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi