Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb

Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb
İncəsənət
28 Noyabr , 2015 18:00
Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 26-27-də Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb.

"Report" xəbər verir ki, toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti uğurla təmsil edib.

Toplantıya konsert proqramı ilə yekun vurulub. Tədbirdə türk incəsənət ustalarının ifaları dinlənilib və çıxışları nümayiş etdirilib.

Konsertdə iştirak edən Azərbaycan muğam üçlüyünün çıxışı böyük maraqla qarşılanıb, alqışlara səbəb olub.

Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Tədbirin sonunda Şəki şəhərinin 2016-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bildirən rəmzi nişan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyevə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi