Azərbaycan aktyorları İranda tamaşa göstərəcək

Azərbaycan aktyorları İranda tamaşa göstərəcək Mazandaran vilayətinin Noşəhr şəhərində avqustun 4-dən 6-dək “Kontrabas” və “Dəlinin qeydləri” tamaşası oynanılacaq
İncəsənət
22 İyul , 2016 20:59
Azərbaycan aktyorları İranda tamaşa göstərəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi növbəti 88-ci mövsümü uğurla başa vurub, istirahətə yollansa da, teatrın bir qrup əməkdaşı İran İslam Respublikasında P.Züskindin “Kontrabas” və N.Qoqolun “Dəlinin qeydləri” tamaşaları ilə çıxış edəcək.

Bu barədə "Report" teatrdan məlumat verilib.

Teatr İran İslam Respublikasının Mazandaran vilayətinin Noşəhr şəhərinin Xüsusi mədəniyyət evinin dəvəti ilə avqustun 4-dən 6-dək sözügedən tamaşaları nümayiş etdirəcək.

Respublikanın əməkdar artisti Şövqi Hüseynovun ifa etdiyi hər iki monotamaşa bir sıra beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Ümumiyyətlə, Azərbaycan və İran İslam Respublikaları arasında mədəni əlaqələrin genişləndirilməsi və yaradıcılıq mübadiləsi məqsədilə həyata keçirilən bu layihənin davamı olaraq sentyabr-oktyabr aylarında Mazandaran mədəniyyət idarəsinin baş müdiri, doktor Əhəd Javedani və Noşəhr mədəniyyət idarəsinin müdiri Mohandes Kiia Kojori Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunacaq. 

Son xəbərlər

Orphus sistemi