Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO

Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO Onun öd kisəsi götürülüb
İncəsənət
6 Yanvar , 2015 16:58
Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO

Bakı. 6 yanvar. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyat olunub.

Bu barədə "Report"a Elşən Cəbrayılov özü məlumat verib.

Aktyorun öd kisəsi götürülüb. O, əməliyyatın uğurlu keçdiyini bildirib. Hazırda aktyor özünü normal hiss edir.

"Hazırda əməliyyat olunduğum özəl klinikadayam. Əslində bura check-up (tam müayinə - red.) etdirmək üçün gəlmişdim. Ümumi müayinə zamanı məlum oldu ki, öd kisəm çox şişib və ciddi problem yarana bilər. Ona görə də təcili əməliyyat olundum. İndi özümü normal hiss edirəm. Bu gündən yavaş-yavaş gəzməyə başlamışam. Sabah məni evə yazacaqlar. Yəqin ki, bir-iki həftəyə sağalaram. Sonra teatra qayıdıb, tamaşalarımı oynamağa davam edəcəm"

Qeyd edək ki, Elşən Cəbrayılov mərhum aktyor Şahin Cəbrayılovun oğludur.

Son xəbərlər

Orphus sistemi