​"Azərbaycanfilm" kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb

​"Azərbaycanfilm" kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb "Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırılacağı gün uzaqda deyil"
İncəsənət
12 Aprel , 2016 14:52
​Azərbaycanfilm kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ "Hazırda "Azərbaycanfilm" kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb". "Report"un məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə müvafiq layihə hazırlanıb: "Layihənin hazırlanması işinə böyük əksəriyyəti fransalı mütəxəssislərdən ibarət qrup cəlb olunub".

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin hazırlanması istiqamətində işlər sürətlə davam edir: "Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırılacağı gün uzaqda deyil". 

Son xəbərlər

Orphus sistemi