​Azərbaycanda uşaq teatrlarına gedənlərin sayı azalıb

​Azərbaycanda uşaq teatrlarına gedənlərin sayı azalıb Ölkədə 7 uşaq teatrı fəaliyyət göstərir
İncəsənət
13 Noyabr , 2015 19:54
​Azərbaycanda uşaq teatrlarına gedənlərin sayı azalıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 7 uşaq teatrı fəaliyyət göstərir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 1990-cı ildə ölkədə cəmi 4 uşaq teatrı olub.

1990-cı ildə uşaqlar üçün göstərilən tamaşalara gələnlərin sayı 398 min, göstərilən tamaşaların sayı 1261 olub.

2014-cü ildə il ərzində uşaq teatrlarında 1767 tamaşa göstərilsə də, teatra gələnlərin sayı 188 min nəfər olub.

Qeyd edək ki, müxtəlif illərdə Azərbaycanda uşaq teatrlarının sayı 8-9 rəqəmləri arasında dəyişib.

2000-ci illərdən başlayaraq uşaq teatrlarına gələnlənin sayında azalma müşahidə olunmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi