Azərbaycanda “Nar bağı” adlı tammetrajlı bədii film çəkiləcək

Azərbaycanda “Nar bağı” adlı tammetrajlı bədii film çəkiləcək Hazırda filmdə çəkiləcək aktyorlar və çəkilişlərin aparılacağı məkanlar seçilir
İncəsənət
18 Avqust , 2016 17:35
Azərbaycanda “Nar bağı” adlı tammetrajlı bədii film çəkiləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nar bağı” adlı yeni tammetrajlı bədii filminin çəkilişlərinə hazırlıqlar gedir.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Hazırda filmdə çəkiləcək aktyorlar və çəkilişlərin aparılacağı məkanlar seçilir. 

Ekran əsərinin rejissoru İlqar Nəcəfdir.

Dram janrında lentə alınacaq filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Son xəbərlər

Orphus sistemi