Azərbaycanda ilk dəfə "kölgə" janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacaq

Azərbaycanda ilk dəfə "kölgə" janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacaq Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir
İncəsənət
7 Sentyabr , 2015 18:08
Azərbaycanda ilk dəfə kölgə janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan yeni iş planını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb. 

Bakı Uşaq Teatrı 21 yanvar - 1 fevral 2016-cı il tarixlərində İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcr Teatr Festivalına dəvət alıb və tədbirə hazırlaşır.

Teatr sentyabrın 26-da Türk dili Günündə mövsümün açılışına start verəcək. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.

Bakı Uşaq Teatrı yeni mövsümdə Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə də müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.

Qeyd edək ki, Bakı Uşaq Teatrı Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlamağı planlaşdırır.



Son xəbərlər

Orphus sistemi