Azərbaycan xalq artistinin 75 illik yubileyi qeyd ediləcək

Azərbaycan xalq artistinin 75 illik yubileyi qeyd ediləcək Yubiley münasibətilə yeni tamaşanın premyerası olacaq
İncəsənət
11 Noyabr , 2014 15:01
Azərbaycan xalq artistinin 75 illik yubileyi qeyd ediləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun yubileyi münasibətilə yeni tamaşanın premyerası olacaq.

Səməd Vurğun adına Rus Dram Teatrından "Report"a daxil olan məlumata görə, noyabrın 12-də Teatrın binasında teatr və kino aktyoru, xalq artisti Hacı Murad Yagizarovun 75 illik yubileyi münasibətilə Vladimir Stupinskinin "Artist və onun kölgəsi" adlı pyesinin ilk tamaşası nümayiş etdiriləcək. Əsərə rejissor İlqar Safat quruluş verib. Tamaşada Hacı Murad Yagizarov, Oleq Əmirbəyov, Teymur Rəhimov, Yeganə Hüseynli və başqaları çıxış edir.

Tamaşadan əvvəl Hacı Murad Yagizarovu sənət dostları təbrik edəcək və yubileyi münasibətilə çapdan çıxan "Yaddaşımın dalğaları ilə" avtobioqrafik kitabının təqdimatı olacaq.

Son xəbərlər

Orphus sistemi