Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zamanın rəngləri” adlı sərgi keçirilib

Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zamanın rəngləri” adlı sərgi keçirilib Tədbir “Qalereya 1969”da “Bakı 2015” birinci Avropa Oyunları münasibətilə təşkil olunub
İncəsənət
10 İyun , 2015 20:19
Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zamanın rəngləri” adlı sərgi keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ “Qalereya 1969”da “Bakı 2015” birinci Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zamanın rəngləri” adlı sərgi keçirilib.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Qalereya 1969” tərəfindən keçirilən sərgidə görkəmli rəssamlarımızın qalereyanın kolleksiyasına daxil olan əsərləri nümayiş olunub.

Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan bu qalereyanın kolleksiyasında uzun illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik əsərləri həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdir.

Natiqlər bildiriblər ki, əsərlərin işlənmə texnikası, orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin mənsub olduğu janrda böyük ustalıqla işləndiyini göstərir. Bu əsərlər ötən əsrdə yaradılıb.

Sərgidə Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və digər rəssamların əsərləri nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi