Azərbaycan nümayəndə heyəti Kann kino festivalında görüş keçirib

Azərbaycan nümayəndə heyəti Kann kino festivalında görüş keçirib Qırğızıstan kinematoqrafçıları ilə görüş zamanı tanınmış kino xadimi Ernest Abdicaparov yeni tarixi kino layihəsi haqqında məlumat verib
İncəsənət
16 May , 2016 09:38
Azərbaycan nümayəndə heyəti Kann kino festivalında görüş keçirib

Bakı. 16 may. REPORT.AZ/ Kann kino festivalında iştirak edən Azərbaycan nümayəndə heyəti ilə Qırğızıstan kinematoqrafçıları görüşüblər.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan Azərbaycan kino pavilyonunda öncədən razılaşdırılan cədvəl əsasında görüşlər keçirilir.

Qırğızıstan kinematoqrafçıları ilə görüş zamanı tanınmış kino xadimi Ernest Abdicaparov yeni tarixi kino layihəsi haqqında məlumat verib.

Türkdilli dövlətlərin birgə layihəsi kimi nəzərdə tutulan həmin layihədə Azərbaycanın iştirak imkanları müzakirə olunub. 

Qeyd edək ki, bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Mədəniyyət və Turizm Nazirliyinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edir.

“Azərbaycanfilm” kinostudiyası bu il Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib. Azərbaycan filmləri dünyanın yüzə qədər ölkəsindən gələn distribyutor şirkətlərinin diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi