Azərbaycan Moskvada beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub

Azərbaycan Moskvada beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub Münsiflər heyəti birinci yeri Qazaxıstana verib
İncəsənət
25 İyul , 2016 10:10
Azərbaycan Moskvada beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın "Böyük bayram - Bakı" pirotexnika şirkəti Moskvada keçirilən II "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub.

"Report" "Moskva-Baku" portalına istinadən xəbər verir ki, Qran-Prini Çin komandası qazanıb. Münsiflər heyəti birinci yeri Qazaxıstana, üçüncü yeri isə Rusiyaya verib.

Azarkeş simpatiyası mükafatı Portuqaliyaya təqdim edilib.

Azərbaycan festivalda çətin element - atəşfəşanlıq vasitəsilə söz birləşməsi təqdim edən yeganə komanda olub.

Brateyevo kaskad parkında keçirilən ikigünlük festivalda ümumilikdə 8 komanda - Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniya yarışıb. İştirakçılar toplamda 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi