​Azərbaycan Macarıstanda beynəlxalq musiqi və incəsənət festivalında təmsil olunub

​Azərbaycan Macarıstanda beynəlxalq musiqi və incəsənət festivalında təmsil olunub Festivalda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak ediblər
İncəsənət
13 Noyabr , 2015 21:27
​Azərbaycan Macarıstanda beynəlxalq musiqi və incəsənət festivalında təmsil olunub

Bakı. 13 noyabr. REPORT.AZ/ Macarıstanda “Renessans Qızıl Payız" beynəlxalq musiqi və incəsənət festivalı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanı festivalda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sabina Mehdiyevanın rəhbərlik etdiyi qrup təmsil edib.

Balatonfüred şəhərində keçirilmiş festivalda 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak ediblər.

Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Azərbaycanı təmsil edən Maqsudova Qəmərtac - "Gran Pri" mükafatına layiq görülüb, Məmmədzadə Əsmər və Kərimova Könül fortepianoda 1-ci, Cəfərov Babək, Ağasıyeva Şahidə, Qasımlı Nərmin, Səmədli Jalə, Hacıyev Emil və Mansurova Humay isə fortepianoda 2-ci və 3-cü yerləri tutublar.

Son xəbərlər

Orphus sistemi