Azərbaycan filmləri beynəlxalq sənədli filmlər festivalında iştirak edəcək

Azərbaycan filmləri beynəlxalq sənədli filmlər festivalında iştirak edəcək Festival Türkiyənin Safranbolu şəhərində keçiriləcək
İncəsənət
10 Sentyabr , 2015 17:45
Azərbaycan filmləri beynəlxalq sənədli filmlər festivalında iştirak edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Oktyabrın 9-dən 11-dək Türkiyənin Safranbolu şəhərində 16-cı "Altın Safran" Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Filmlərin peşəkar və həvəskar olmaqla iki kateqoriyada yarışdığı festivalda Azərbaycanı rejissor Adil Azay dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" və "Azanfilm" studiyasına çəkdiyi "Vulkanın nəfəsi" sənədli filmləri ilə təmsil edəcək.

Qeyd edək ki, "Xəlvətdə qalmış müdrik" filmi görkəmli sufi filosofu, "Xəlvətiyə" təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, "Vulkanın nəfəsi" sənədli filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.

Son xəbərlər

Orphus sistemi