Azərbaycan filmi "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş etdirilib

Azərbaycan filmi "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş etdirilib Ukrayna paytaxtında filmlər festivalı keçirilib
İncəsənət
5 İyun , 2015 13:35
Azərbaycan filmi New Vision V beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş etdirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Ukrayna paytaxtındakı "Kiyev" kinoteatrında "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, festivalda Azərbaycanı "Azanfilm" kinostudiyasında istehsal olunmuş "Köhnə saat" animasiya filmi təmsil edib. Filmin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.

9 dəqiqəlik ekran əsəri Ukrayna dilində subtitrlərlə orijinalın dilində nümayiş etdirilib və tamaşaçılarda maraq doğurub.

Filmə baxışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Festival çərçivəsində kinematoqrafçılar və tamaşaçılar bütün dünyanın ən yaxşı qısametrajlı filmləri, yeni müəlliflər, yeni dünya və yeni baxışlarla tanış olmaq üçün imkan əldə ediblər.

Son xəbərlər

Orphus sistemi