Azərbaycanın əməkdar artisti infarkt keçirib - FOTO

Azərbaycanın əməkdar artisti infarkt keçirib - FOTO "Sanki, havam çatmırdı"
İncəsənət
14 Yanvar , 2015 11:11
Azərbaycanın əməkdar artisti infarkt keçirib - FOTO

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, kinoaktyor Eldəniz Rəsulov infarkt keçirib.

Bu barədə "Report"a o, özü məlumat verib.

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilən aktyorun vəziyyəti hazırda stabildir. E.Rəsulov xəstəxanadan evə yazılıb.

"Yanvarın 6-da ürəyimin sıxıldığını hiss etdim. Sanki, havam çatmırdı. Dərhal həkimə müraciət etdim. Müayinədən sonra məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım. Hazırda evdəyəm. İndi özümü yaxşı hiss edirəm. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı qəbul edirəm. Həkimlər siqaret çəkməyi qadağan ediblər. Dözmək çətin olsa da, səbr edirəm."

Qeyd edək ki, Eldəniz Rəsulov 1952-ci ildə Bakıda yazıçı-dramaturq Qeybulla Rəsulovun ailəsində dünyaya gəlib. 1971-ci ildən bədii filmlərə çəkilən Eldəniz Rəsulov tamaşaçılara "Babək", "Gümüşgöl əfsanəsi", "Təhminə", "Ovsunçu" və s. filmlərdən tanışdır.

Əməkdar artist Eldəniz Rəsulov uzun illərdir Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi