​Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru mükafatlandırılıb

​Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru mükafatlandırılıb Alik Usubova anadan olmasının 80 illiyi münasibətilə mükafat verilib
İncəsənət
18 Fevral , 2015 19:59
​Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru mükafatlandırılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissorunu mükafatlandırıb.

"Report"un məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Əməkdar incəsənət xadimi Alik Teymur oğlu Usubov Azərbaycan musiqi və teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 80 illiyi münasibətilə mükafatlandırılıb.

Qeyd edək ki, zəngin yaradıcılıq bioqrafiyasına malik olan A.Usubov 1978-1980-ci illərdə "Azkonsert" Birliyinin bədii rəhbəri olub. 1980-1983-cü illərdə o, Rusiyanın Omsk Vilayətində Dövlət Musiqili Teatrının təməlini qoyub. 1983-cü ildə sənətçi vətənə qayıdıb, 1994 -cü ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb.

1994-cü ildə Omsk vilayəti rəhbərliyinin dəvəti ilə A.Usubov Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin olunub, 6 il müddətində hər il beynəlxalq miqyaslı" Душа России" adlı festivalın təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 1997-2000-ci illərdə sənətçi "Sibir" regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri olub.

2000-ci ildən bu günədək A.Usubov Omsk Dövlət Universitetinin "Incəsənət və mədəniyyət" fakültəsinin professorudur.

A.Usubov 1977-ci ildə " Əməkdar incəsənət xadimi" adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi