Azərbaycan Bəstəkarlar İttifaqının sədri Misir Mədəniyyət Mərkəzində olub

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Misir Mədəniyyət Mərkəzində olub Firəngiz Əlizadənin Misirdə konsertinin təşkil edilməsi məsələsi müzakirə olunub
İncəsənət
1 May , 2015 19:25
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Misir Mədəniyyət Mərkəzində olub

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar Firəngiz Əlizadə Misir Mədəniyyət Mərkəzində görüşdə olub. 

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, Mərkəzin müdiri Əhməd Sami Elaydi qonağa rəhbərlik etdiyi qurum barədə məlumat verib.

Sonra tərəflər ənənəvi olaraq hər il Bəstəkarlar İttifaqının təşkil etdiyi “İpək yolu” klassik musiqi festivalından və onun məqsədindən söhbət açıb.

Görüşdə həmçinin Firəngiz Əlizadənin Misir Milli Opera Teatrında konsertinin təşkili, Misir Mədəniyyət Mərkəzində bəstəkarın yaradıcılıq gecəsinin keçirilməsi və Mərkəzdə Azərbaycan bəstəkarları və incəsənət xadimləri ilə görüş keçirilməsi haqqında təkliflər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi