"Azanfilm" vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb

"Azanfilm" vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək
İncəsənət
22 Fevral , 2016 16:21
Azanfilm vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb

Bakı. 22 fevral. REPORT.AZ/ “Azanfilm” cizgi filmləri studiyası vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını 2016-cı il martın 10-dək [email protected] elektron ünvanına təqdim edə bilər.

Qeyd edək ki, ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında olacaq. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi