"Azanfilm" vakansiya elan edib

"Azanfilm" vakansiya elan edib Yeni cizgi filmlərinin istehsalı həyata keçiriləcək
İncəsənət
6 Yanvar , 2016 11:43
Azanfilm vakansiya elan edib

Bakı. 6 yanvar. REPORT.AZ/ "Azanfilm” cizgi filmləri studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edib.

"Report" xəbər verir ki, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını bu il fevralın 10-dək [email protected] elektron ünvanına təqdim edə bilərlər.

Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi