"Azanfilm" studiyasının direktoru işdən çıxıb

"Azanfilm" studiyasının direktoru işdən çıxıb Direktor vəzifəsini Əlisəttar Quliyev icra edir
İncəsənət
1 Sentyabr , 2015 13:02
Azanfilm studiyasının direktoru işdən çıxıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Azanfilm" studiyasının direktoru Fariz Əhmədov işdən çıxıb. 

Bu barədə "Report"a Fariz Əhmədov məlumat verib. 

F.Əhmədov bildirib ki, vəzifəsindən öz istəyi ilə ayrılıb: "Özüm ayrılmaq istədim. Çünki işim yaradıcılıq fəaliyyətimə mane olurdu. Direktor olduğum 3 il ərzində bir film olsun belə çəkə bilməmişdim. Yaradıcılıq işlərinə vaxt ayıra bilmirdim. Ona görə də, belə qərara gəldim ki, yaradıcılıq fəaliyyətimə geri qayıdım. Artıq yeni filmin çəkilişlərinə başlamışam".

Onun sözlərinə görə, "Azanfilm" studiyasına hələlik yeni direktor təyin edilməyib. Direktorun səlahiyyətlərini müvəqqəti olaraq Əlisəttar Quliyev icra edir. Ə.Quliyev "Azanfilm" studiyasının direktor müavinidir.  

Son xəbərlər

Orphus sistemi