"​Axınla aşağı" filminin təqdimatı olub

"​Axınla aşağı" filminin təqdimatı olub Baş rolları Namik Ağayev və əməkdar artist Mehriban Zəki ifa edib
İncəsənət
19 Dekabr , 2014 20:00
​Axınla aşağı filminin təqdimatı olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan "Axınla aşağı" bədii filminin təqdimatı keçirilib. "Report" xəbər verir ki, quruluşçu rejissoru Asif Rüstəmov olan filmdə baş rolları Namik Ağayev və əməkdar artist Mehriban Zəki ifa edib. Asif Rüstəmov və Otar Pertaxiyanın ssenarisi əsasında çəkilən filmin quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüsseri Nadir Əliyev və prodüsseri Müşfiq Hətəmovdur. 

Qeyd edək ki, filmin dünya premyerası 1 263 kino mütəxəssisinin, ümumilikdə 12 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovı Varı Beynəlxalq Film Festivalı çərçivəsində "East of the West" müsabiqəsində təqdim olunub.

Son xəbərlər

Orphus sistemi