ATV muğamla bağlı layihə hazırlayıb

ATV muğamla bağlı layihə hazırlayıb Layihə ifaçılıq ənənələrinin qorunub-saxlanılması məsələsində böyük əhəmiyyət kəsb edəcək
İncəsənət
27 Oktyabr , 2015 14:24
ATV muğamla bağlı layihə hazırlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Muğamın təbliği məqsədi ilə “Azad Azərbaycan” televiziyası (ATV) yeni layihə hazırlayıb. Bu barədə “Report”a ATV-dən məlumat verilib.

“Azərbaycan muğamı” adlı yeni layihə həm ifaçılıq ənənələrinin qorunub-saxlanılması, həm də bərpa məsələlərində böyük əhəmiyyət kəsb edəcək.

Bu layihənin əsas məqsədi Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə və gənclərin bu sahəyə kütləvi maraq göstərməsinə müsbət təsir göstərməklə yanaşı, muğamsevərlərə onun nəzəri cəhətlərini də bilavasitə aşılamaqdır.

Son xəbərlər

Orphus sistemi