Bakı. 5 aprel. REPORT.AZ/ Qazaxıstanın "Astana Balet" Teatrı beynəlxalq qastrol turuna hazırlaşır və kollektiv ilk olaraq aprelin 8-də Bakıda çıxış edəcək.
"Report" "Kazinform"a istinadən xəbər verir ki, teart kollektivi Bakı tamaşaçısına Qazaxıstanda sevilən "Şərq rapsodiyası" konsert proqramını təqdim edəcək.
"Ümid edirik ki, məşhur Bakı şəhəri "Astana Balet" Teatrının repertuarında əsl xoreoqrafiya və bənzərsiz şərq koloriti incilərini yüksək qiymətləndirəcək", - deyə teatrın məlumatında bildirilir.