Aşıqlar Birliyinin təşkilatçılığı ilə təqdimat keçiriləcək

Aşıqlar Birliyinin təşkilatçılığı ilə təqdimat keçiriləcək Noyabrın 3-də Dövlət Mahnı Teatrında diskin təqdimatı olacaq
İncəsənət
27 Oktyabr , 2015 16:14
Aşıqlar Birliyinin təşkilatçılığı ilə təqdimat keçiriləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi yeni layihəyə start verib.

"Report"un xəbərinə görə, nazirliyin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə "Sarıtel - gənc aşıqların səs incisi" adlanır.

Layihə çərçivəsində gənc aşıqların ifalarının yer aldığı audio disk hazırlanıb. Diskdə gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Kərimov, Qabil Abdıyev, Qərib Quliyev, Əli Zeynalabdinov, Asif Xasanoğlu, Şirin Şirinzadə, Samir Allahverdiyev, Familə İsgəndərova, Şəhriyar Şahverdiyev, Məsim Rəcəbov, Ayaz Buludov və Pərviz Mübarizoğlunun, eləcə də, "Rasim" (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu), "Çeşmə" (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Gülarə Azaflı), "Buta" (bədii rəhbəri Sahib İsmiyev) və "Misri" qruplarının ifasında kalssik saz havaları yer alıb.

Noyabrın 3-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında diskin təqdimatı olacaq.
Xatırladaq ki, bu ilin may ayında Aşıqlar Birliyinin təşkilatçılığı ilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Gəncliyin səsi" adlı konsert keçirilib. 

Son xəbərlər

Orphus sistemi