Arif Məlikov: "Müalicə olunuram"

Arif Məlikov: "Müalicə olunuram" "Bakıya sentyabrdan tez qayıtmaq fikrim yoxdur"
İncəsənət
29 İyul , 2015 10:12
Arif Məlikov: Müalicə olunuram

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan və SSRİ-nin xalq artisti, əməkdar incəsənət xadimi, dünya şöhrətli bəstəkar Arif Məlikov Bakı yaxınlığındakı bağında dincəlir.

Bu barədə "Report"a  A.Məlikov özü məlumat verib.

Bakıya sentyabrdan tez gəlməyəcəyini deyən bəstəkar yeni konsert proqramına hazırlaşır: "Hazırda bağdayam. Dincəlirəm, həm də müalicə alıram. Sentyabr ayında yeni güc, yeni həvəslə işə başlamaq istəyirəm. Sentyabrın 13-ü doğum günümdür. Ötən il bu münasibətlə filarmoniyada konsertim oldu. Bu il nə olacağını bilmirəm. Amma maraqlı konsert proqramını yenidən tamaşaçılara təqdim etmək yaxşı olardı".

A.Məlikov 82 yaşı olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini deyib.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. 

Son xəbərlər

Orphus sistemi