Aprelin 29-da Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası olacaq

Aprelin 29-da Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası olacaq Tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır
İncəsənət
15 Aprel , 2016 19:11
Aprelin 29-da Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası olacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 29-da Azərbaycan Dövlət Musiqili Teatrında Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” ikihissəli musiqili komediyasının premyerası olacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Tamaşada Tunzalə obrazını tanınmış müğənnimiz, əməkdar artist Almaz xanım Ələsgərli ifa edəcək.

“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edir.

Son xəbərlər

Orphus sistemi