“Anamın kitabı” tamaşası Şamaxıda nümayiş etdirilib

“Anamın kitabı” tamaşası Şamaxıda nümayiş etdirilib Akademik Milli Dram Teatrı Şamaxıda çıxış edib
İncəsənət
10 Mart , 2016 17:24
“Anamın kitabı” tamaşası Şamaxıda nümayiş etdirilib

Bakı. 10 mart. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi Şamaxıda “Anamın kitabı” tamaşası ilə çıxış edib.

"Report" xəbər verir ki, "Anamın kitabı" tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları əməkdar artistlər İradə Həsənova (Zəhra bəyim), Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) ifa edirlər.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

"Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi