"Altın Koza" Film Festivalının adı dəyişdirilir

"Altın Koza" Film Festivalının adı dəyişdirilir Festival bundan sonra "Uluslararası Adana Film Festivalı" adlanacaq
İncəsənət
16 Dekabr , 2015 14:18
Altın Koza Film Festivalının adı dəyişdirilir

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin kino sahəsində nüfuzlu festivalı sayılan "Altın Koza" Film Festivalının adı dəyişdirilir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" adlanacaq.

Bu barədə qərarı festivalın təşkilatçısı, Adana Böyükşəhər Bələdiyyə başqanı Hüseyn Sözlü açıqlayıb. Onun sözlərinə görə, festivalın adının dəyişdirilməsi ilə bağlı işlər görülür. H.Sözlü bildirib ki, belə qərarın qəbul edilməsi, Adana şəhərinin adının kino tarixində əbədi qalmasına, şəhərin dünyada tanıdılmasına müsbət təsir edəcək. 

Bununla da 23-cü "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" kimi keçiriləcək.

Festivalın adının dəyişməsi "Altın Koza" mükafatının maketinin görünüşünə təsir etməyəcək. Festivalın mükafatı kimi təqdim edilən "Altın Koza" mükafatı yenə də, eyni tərzdə qaliblərə təqdim ediləcək.

Qeyd edək ki, bir müddət əvvəl "Altın Portağal" Film Festivalının da adı dəyişdirilərək Antalya Film Festivalı olub. 

Son xəbərlər

Orphus sistemi