Aleksandr Tuqanovun 145 illik yubileyi ilə bağlı konfrans keçiriləcək

Aleksandr Tuqanovun 145 illik yubileyi ilə bağlı konfrans keçiriləcək Tədbir Teatr Xadimləri İttifaqında təşkil ediləcək
İncəsənət
11 Aprel , 2016 18:30
Aleksandr Tuqanovun 145 illik yubileyi ilə bağlı konfrans keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan teatrında rejissor kimi fəaliyyət göstərən Aleksandr Tuqanovun 145 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında elmi-praktiki konfrans keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Teatr Xadimləri İttifaqından məlumat verilib.

Elmi-praktiki konfrans aprelin 25-də saat 11.00-da olacaq.

Konfransda Azərbaycanın tanınmış teatr xadimləri iştirak edəcəklər.

Tədbir Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilir.

Son xəbərlər

Orphus sistemi