​Aktyor Jan Reno qondarma "erməni soyqırımı"na aid filmə çəkiləcək

​Aktyor Jan Reno qondarma "erməni soyqırımı"na aid filmə çəkiləcək O, fransalı admiral rolunu ifa edəcək
İncəsənət
3 Oktyabr , 2015 23:22
​Aktyor Jan Reno qondarma erməni soyqırımına aid filmə çəkiləcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Fransanın tanınmış aktyoru Jan Reno qondarma "erməni soyqırımı"na həsr olunmuş "Vəd" filminə dəvət alıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, o, filmdə fransız admiralı rolunu canlandıracaq.

Artıq çəkilişlərinə start verilən film erməni mənşəli amerikalı milyarder Kirk Kerkoryana məxsus "Tracinda" korporasiyasının açdığı "Survival Pictures" prodüser şirkəti tərəfindən ekranlaşdırılır.

Filmdə baş rolu Kristian Beyl ifa edəcək. Amerika səfiri rolu aktyor Ceyms Kromvelə həvalə olunub. Filmin rejissoru Terri Corcdur.

Son xəbərlər

Orphus sistemi