Aktyor Hamlet Xanızadənin 75 illik yubileyi məzarı başında yad edilib

Aktyor Hamlet Xanızadənin 75 illik yubileyi məzarı başında yad edilib "Ailəsi olaraq bu ilin sonunadək yubileylə bağlı hər hansı tədbir keçirəcəyik"
İncəsənət
6 İyun , 2016 14:18
Aktyor Hamlet Xanızadənin 75 illik yubileyi məzarı başında yad edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanın tanınmış aktyoru Hamlet Xanızadənin 75 illik yubileyi mərhumun ailə üzvləri, doğmaları tərəfindən məzarı başında yad edilib.

Bu barədə "Report"a məlumat verən Hamlet Xanızadənin qızı Aygün Xanızadə bildirib ki, ailələri üçün həm ağır, həm də əlamətdar gündür: "Təəssüf ki, 75 yaşını onsuz qeyd edirik. Ailə üzvlərimiz və yaxın qohumlarımızla birlikdə atamı yad etdik. Ruhuna dualar oxundu. Çox istərdik ki, Hamlet Xanızadənin 75 illik yubileyi daha geniş çevrədə qeyd edilsin. Ailəsi olaraq bu ilin sonunadək yubileylə bağlı hər hansı tədbir keçirəcəyik. Bu tədbir Bakıda da baş tuta bilər, Şağan kəndində də. Əsas odur ki, Hamlet Xanızadəni sevənlərinin əhatəsində yad edək".

Xatırladaq ki, H.Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində anadan olub. 1990-cı il fevralın 22-də 48 yaşında dünyasını dəyişib və Şağan kəndində torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi