​Aktyor Arif Qasımov vəfat edib

​Aktyor Arif Qasımov vəfat edib O, AzTV-də rejissor assistenti kimi çalışıb
İncəsənət
7 Mart , 2016 15:32
​Aktyor Arif Qasımov vəfat edib

Bakı. 7 mart. REPORT.AZ/ Aktyor, uzun illər AzTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov vəfat edib.

Bu barədə "Report"a əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu məlumat verib.

Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 35-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Mozalan" satirik kinojurnalında ifa etdiyi rollarla tamaşaçıların yaddaşına həkk olunub.

Son xəbərlər

Orphus sistemi