Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb

Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb www.azdrama.az saytına daxil olmaqla teatr haqqında bütün məlumatları əldə etmək olar
İncəsənət
28 Noyabr , 2015 14:11
Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, yeni dizaynla fəaliyyət göstərən saytda Milli Dram Teatrı haqqında məlumatlar, xəbərlər, videoslaydlar toplanıb.

www.azdrama.az saytına daxil olan hər kəs Akademik Milli Dram Teatrı haqqında ümumi məlumat, teatrın afişası, repertuarı, teatr xəbərləri və hazırda Milli Dram Teatrında gedən tamaşaların məşqləri barədə ətraflı məlumat ala bilərlər. 

Son xəbərlər

Orphus sistemi