Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayır

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayır Tamaşada baş rolu xalq artisti Ramiz Məlik ifa edəcək
İncəsənət
4 Avqust , 2015 15:51
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayır

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 20-dən Akademik Milli Dram Teatrının səhnəsində növbəti yeni tamaşanın məşqləri başlanacaq. "Mərhumun mesajı" adlanan əsərin müəllifi Hüseynbala Mirələmovdur. Tamaşaya quruluşu rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanov verir.

Bu barədə "Report"a xalq artisti Ramiz Məlik bildirib.

Tamaşada baş rolu R.Məlik özü ifa edəcək.

Digər rollarda əməkdar artistlər Şəlalə Şahvələdqızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları çıxış edəcək.

Tamaşa yeni teatr mövsümündə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi