Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, xalq artisti, professor Azərpaşa Nemət Akademik Milli Dram Teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsinə təyin edilib. Bununla bağlı mədəniyyət və turizm naziri
"Report" nazirliyin məlumatına istinadən xəbər verir ki, A.Nemət bu gün mədəniyyət və turizm nazirinin müavini
Xatırladaq ki, Azərpaşa Zəfər oğlu Nemət 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub və 31 saylı orta məktəbdə təhsil alıb. A.Nemət uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib, yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub və məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləməyə başlayıb. Onun hazırladığı diplom işi "Qardaşım klarnet çalır" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində nümayiş etdirilib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərən A.Nemətov 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində çalışıb.
1990-cı aprel ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayıb. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin böyük rəğbətini qazanıb.
A.Nemət Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.