Akademik Milli Dram Teatrı Qubaya qastrol səfərinə gedib

Akademik Milli Dram Teatrı Qubaya qastrol səfərinə gedib Teatr rayonda Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasını nümayiş etdirəcək
İncəsənət
14 İyul , 2016 10:16
Akademik Milli Dram Teatrı Qubaya qastrol səfərinə gedib

Bakı. 14 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi Qubaya qastrol səfərinə gedib.

"Report" xəbər verir ki, teatr Qubada Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasını nümayiş etdirəcək.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

Qarabağ mövzusundan bəhs edən dram əsərində rolları xalq artisti Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artist Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və gənc aktrisa Xədicə Novruzlu ifa edir.

Qastrol səfəri bir gün davam edəcək.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı mövsümə iyulun 17-də "Qarabağnamə" tamaşası ilə yekun vuracaq.

Son xəbərlər

Orphus sistemi