Akademik Milli Dram Teatrı Çingiz Aytmatovun əsərini səhnəyə qoyacaq

Akademik Milli Dram Teatrı Çingiz Aytmatovun əsərini səhnəyə qoyacaq Yazıçının "Ana tarlası" əsəri əsasında yeni tamaşa hazırlanacaq
İncəsənət
8 İyul , 2015 16:32
Akademik Milli Dram Teatrı Çingiz Aytmatovun əsərini səhnəyə qoyacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrında görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun "Ana tarlası" əsəri səhnəyə qoyulacaq. 

Bu barədə "Report"a teatrın aktrisası, xalq artisti Bəsti Cəfərova məlumat verib:

Onun sözlərinə görə, oktyabrda Akademik Milli Dram Teatrında "Ana tarlası" əsəri əsasında yeni tamaşa hazırlanacaq: "Mənim çoxdankı arzum bu tamaşada Tolqanay obrazını canlandırmaq idi. Allah qoysa, payızda bu tamaşanın məşqləri başlayacaq. Əsərə gənc, istedadlı rejissor quruluş verəcək. Hələlik rejissorun adını çəkmək istəmirəm. İnanıram ki, mənim sənət həyatımda bu obraz xüsusi yerlərdən birini tutacaq. Tolqanay obrazı Kuraj anadan sonra ən sevdiyim səhnə personajlarından biridir".

Xatırladaq ki, uzun illər əvvəl Akademik Milli Dram Teatrında Ç.Aytmatov və M.Şaxanovun "Sokratı anma gecəsi" əsəri çox uğurla səhnəyə qoyulub. Həmin tamaşada əsas obrazlardan birini Bəsti Cəfərova oynayıb. 

Son xəbərlər

Orphus sistemi