ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək

ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır
İncəsənət
12 Noyabr , 2014 16:57
ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 14-də ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ADA-nın mətbuat xidmətinin yaydığı məlumatında bildirilib.

Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələr iştirak edəcək.

Festival zaman Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və milli geyimlər də nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi