​ABŞ-da XX əsrin ən məşhur şəkillərindən biri təxminən yarım milyon dollara satılıb

​ABŞ-da XX əsrin ən məşhur şəkillərindən biri təxminən yarım milyon dollara satılıb "Polyester kostyumlu adam" bu mövsümün ən bahalı lotu olub
İncəsənət
9 Oktyabr , 2015 14:02
​ABŞ-da XX əsrin ən məşhur şəkillərindən biri təxminən yarım milyon dollara satılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ XX əsrin ən məşhur fotoşəkillərindən biri, rəssam Robert Meppltorpun "Polyester kostyumlu adam" Sotheby's hərracında 478 min ABŞ dollarına satılıb. Bu məbləq ona qoyulan ilkin qiymətdən 2 dəfə çox olub. "Report" TASSa istinadən xəbər verir ki, bu barədə hərrac evinin nümayəndəsi bildirib.

Sotheby's auksionunun şəkillər bölməsinin rəhbəri Kristofer Mahouninin sözlərinə görə "Polyester kostyumlu adam" bu mövsümün ən bahalı lotu və Meppltorpun ikinci ən bahalı işi olub.

Sonuncu dəfə Amerika fotoqrafının bu ağ-qara şəkili 23 il bundan əvvəl hərraca çıxarılıb. O zaman şəkilin dəyəri 9,9 min dollar təşkil edib.

"Polyester kostyumlu adam" ötən əsrin ikinci yarısının ən sanballı şəkillərindən biri hesab olunur.

Meppltorp 1989-cu ildə 42 yaşında QİÇS xəstəliyinin fəsadlarından vəfat edib. O vaxtdan bəri, onun əsərlərinin qiyməti kəskin şəkildə artıb. Onun ən bahalı işi 2006-cı ildə 643,2 min ABŞ dollarına satılan Endi Uorholun portreti olub. 

Son xəbərlər

Orphus sistemi