​68-ci Kann festivalı zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək

​68-ci Kann festivalı zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək Səbəb Parisdə törədilən terror hücumları və Kann şəhərində baş verən oğurluqlardır
İncəsənət
9 May , 2015 10:50
​68-ci Kann festivalı zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək

Bakı. 9 May. REPORT.AZ/ 68-ci Kann festivalı zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi yanvar ayında Parisdə törədilən terror aktları və Kann şəhərində yerləşən lüks mağazada baş verən oğurluq hadisələridir.

Festival müddətində Kann şəhərində mümkün terror hücumlarının və oğurluqların qarşısını almaq üçün polislərin və təhlükəsizlik kameralarının sayı artırılacaq. Fransız təhlükəsizlik qüvvələri şəhər mərkəzindən başqa dəmiryolu vağzalı, hava limanı və yaxta limanlarında da təhlükəsiz tədbirlərini gücləndirəcəklər. Məşhur ulduzların cangüdənlərinin sayında da əhəmiyyətli dərəcədə artım olacaq.

Qeyd edək ki, 68-ci Kann festivalı mayın 13-dən 24-dək keçiriləcək. Münsüflər hüyətinə Joel Coen və Ethan Coen başçılıq edəcək.

Kann Kino Festivalı Avropada ən əhəmiyyətli 3 film festivalından biridir. Festivalda hər il təxminən 20 film yarışır. Bu filmləri münsüflər heyətinin başçısı və üzvləri müəyyən edir. Sonda "Qızıl Palma Budağı", "Qran-pri", "Qızıl Kamera", "Jüri" mükafatları verilir. 

Son xəbərlər

Orphus sistemi