49-cu Montrö Caz Festivalı başlayıb

49-cu Montrö Caz Festivalı başlayıb Festivalda Toni Bennet, Lionel Riçye, Cekson Braun və Ledi Qaqa konsert proqramı ilə çıxış edəcəklər
İncəsənət
4 İyul , 2015 10:58
49-cu Montrö Caz Festivalı başlayıb

Bakı. 4 iyul. REPORT.AZ/ İsveçrədə bu il 49-cu dəfə keçirilən Montrö Caz Festivalı başlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, festivalın ilk günündə Con Legend və Emeli Sande səhnəyə çıxıb.

2 həftə davam edəcək festival çərçivəsində yüzdən artıq musiqiçi dinləyicilərin qarşısına çıxacaq. Soul, blyuz və rok musiqinin önəmli ifaçıları arasında yer alan Toni Bennet, Lionel Riçye, Cekson Braun və Ledi Qaqa konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, biletlərin qiymətləri 66 və 372 ABŞ dolları (69 və 390 AZN) arasında dəyişir. Festival iyulun 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi