30 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor təyin edilib

30 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor təyin edilib Bununla bağlı nazir əmr imzalayıb
İncəsənət
1 Mart , 2016 15:17
30 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor təyin edilib

Bakı. 1 mart. REPORT.AZ/ Bakı şəhəri Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 30 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatı olub.

Bu barədə "Report"a  nazirlikdən məlumat verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, Yusif Əhməd oğlu Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Yusif Məmmədov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil alıb.

Xatırladaq ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin keçmiş direktoru Bağırov Eldar Novruz oğlu 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi