“28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya nümayiş olunacaq

“28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya nümayiş olunacaq “Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişinə dekabr ayının 3-dən etibarən başlanılacaq
İncəsənət
26 Noyabr , 2015 13:37
“28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya nümayiş olunacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ “28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya filmi nümayiş olunacaq. “Report” xəbər verir ki, “Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişinə dekabrın 3-dən etibarən başlanılacaq.

Filmin rejissoru İlham Qasımov, baş rolun ifaçıları Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyevdir. Filmdə Abbas Qəhrəmanov, Elşən Hacıbabayev, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar - DJ Fateh və Mətanət Əliverdiyeva çəkilib.

Filmdə hadisələr paytaxt Bakıda cərəyan edir. İşbazlar 3 nəfərə eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından, qəribə bir plana əl atır.

Qeyd edək ki, biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi